Beynəlxalq sistem artıq iflas edir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) baş qərargahında keçirilən İnsan Haqları Təhsil Proqramında çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq siyasi sistemdə ciddi boşluqlar var: “Bu, hər ötən gün daha çox görünür. Və bizi narahat edir. Qan, insan ölümü artıq adi hala çevrilir”.