Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcək.

Bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, səfər Ümumdünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün nəzərdə tutulub.

Dubayda keçiriləcək sammit noyabrın 30-dan dekabrın 1-dək davam edəcək.

Görüş çərçivəsində Ərdoğanın bəzi iştirakçı ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir. 

İstinadlar Qafqazinfo