ABŞ Prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəsin təmin edilməsi üzrə yeni təşəbbüs başlatmaqla bağlı bu yaxınlarda verdiyi bəyanat çox gecikmiş, amma vacib addımdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Oman Sultanı Heysəm bin Tarik əl-Səidlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan bildirib ki, Qəzzada təcili, ədalətli və davamlı atəşkəs olmadan regional və qlobal sülh əldə edilə bilməz.