Rəsmi Ankara və Vaşinqton arasında həll edilməyən problem yoxdur və dialoqdan fəal istifadə etmək lazımdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Biz konstruktiv və ətraflı danışıqlar apardıq. Dialoq üçün kanallardan fəal istifadə edilməsini razılaşdırdıq. Düşünürəm ki, ABŞ-la həll edilməyən problemimiz yoxdur”, – Türkiyə lideri deyib.

Ərdoğan əlavə edib ki, Bayden tərəfindən də Türkiyə tərəfindən olduğu kimi qarşılıqlı əsaslarda ikitərəfli münasibətləri qətiyyətlə inkişaf etdirmək mövqeyini görüb.

Bundan başqa, Ərdoğan bildirib ki, amerikalı həmkarını Türkiyəyə səfərə dəvət edib. “O, (Bayden-red) dedi ki, dəvəti öz proqramı çərçivəsində qiymətləndirəcək”, – Türkiyə rəhbəri əlavə edib.

Türkiyə prezidenti bildirib ki, NATO-nun əhəmiyyəti və məsuliyyəti artıb və alyans üzvləri onu gücləndirməlidir.

“NATO-nun əhəmiyyəti və məsuliyyəti qlobal təhlükəsizlik çağırışları fonunda artıb. Bu gün (NATO-nun Brüsseldəki sammitində-red) alyansın strategiyasının müasir şəraitə uyğun olaraq yenilənməsi prosesinə başlayan qərarlar qəbul etdik”, – dövlət başçısı deyib.

İstinadlar Report