“Səhiyyə məsələlərindəki həssaslığı bir kənara qoya bilmərik. Səhiyyə Nazirliyi Elmi Heyətinin apardığı araşdırmaların nəticəsinə uyğun qərar verməyə məcburuq.”

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər öncəsi Esenboğa Hava Limanında keçirilən mətbuat konfransında bildirib.

“İranla bağlı atdığımız addımlar da bununla əlaqədardır. Allah qorusun, oradan ölkəmizə virusun keçməsi ciddi nəticələrə gətirib çıxara bilər. Bundan sonrakı dönəmdə də eyni həssaslığı qorumağa məcburuq. Səhiyyə Nazirliyimiz hər hansı bir yerdən bu təhlükəni müəyyən edərsə, tərəddüd etmədən lazımi addımları atmalıyıq”- deyə Ərdoğan sözlərinə əlavə edib.

Qeyd edək ki, son rəsmi məlumatlara əssən, İranda koronavirusa 47 nəfər yoluxub, 12 nəfər ölüb.

İstinadlar Qafqazinfo