“Yanğınların söndürülməsinə Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində yer alıb”.

Bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınlarının söndürülməsindən danışarkən deyib.

Türkiyə Prezidenti yanğının söndürülməsi işlərinin davam etdiyini, Rumıniya və İsraildən təyyarə dəstəyi ilə kömək təklifinin olduğunu bildirib. Lakin hələlik yardımlara ehtiyac olmadığından Türkiyə təbii fəlakətlə öz vəsaiti hesabına mübarizə aparır.

İstinadlar Report