“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu mövzu ilə bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, oradakı bir neçə magistral yolun açılışını edəcəyik və kənd təsərrüfatı ilə bağlı görülən bəzi işlərlə tanış olacağıq”.

Türkiyə dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı qərar eyni olaraq qalır.

“Yeri gəlmişkən, minaaxtaranları Azərbaycana verdik və veririk. Onları da yüksək qiymətləndirdilər. Bu maşınlar mina təmizləmədə çox müvəffəqiyyətli oldular”, -deyə Ərdoğan əlavə edib.

İstinadlar Qafqazinfo