“Azərbaycan, Rusiya, Ukrayna, son anda isə İranın göndərdiyi yanğınsöndürən təyyarələrlə yanğının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Belə zamanlarda qardaşlığa, həmrəyliyə daha çox ehtiyac duyulur. Yanğınların əksəriyyəti nəzarət altına alınıb. Atdığımız son addımlarla yanğının söndürülməsinə cəlb edilən təyyarələrin sayı 6-dan 13-ə çatdırılıb. Yanğınla mübarizəni həssas şəkildə aparmaq məcburiyyətindəyik”, – dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, yanğından zərəçəkənlərə dəymiş ziyan tamamilə ödəniləcək.

İstinadlar Reprot, Report