İğdır-Naxçıvan qaz kəməri sayəsində biz ən azı 30 il ərzində Naxçıvanın bütün təbii qaza olan tələbatını ödəyəcəyik

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışarkən deyib. 

“Bundan əlavə, mən və qardaşım İlham Əliyev bir çox mühüm məsələlərdə, xüsusilə Ermənistanla sülh danışıqları barədə müzakirə apardıq”, – Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. 

Qeyd edək ki, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.