
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4 islam ölkəsinin lideri ilə telefon əlaqəsi yaradıb.
Azərbaycan 24 xəbər verir ki, dövlət başçısı İran, Qətər, Pakistan və Mavritaniya prezidentlərini Qurban bayramı münasibətilə təbrik edib.
Danışıq zamanı Ərdoğan Suriya, Liviya, İraq, Yəmən və Fələstində yaşanan problemlərdən dolayı müsəlmanların rahat şəkildə sözügedən bayramı qeyd edə bilmədiyini bildirib.
Həmçinin o, Myanmadakı müsəlmanlara qarşı həyata keçirilən zorakılığın da İslam aləmini dərindən kədərləndirdiyini qeyd edib.