Terrorun məqsədi gündəmi nəzarət altında saxlamaqdır. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həkimlərlə görüşü zamanı deyib. Ərdoğan qeyd edib ki, Ankaranın Qızılay meydanında baş verən terror aktında cəmiyyət hədəf olaraq seçilmişdi:

“Daha əvvəlki hücumlar müəyyən hədəflərə qarşı idi. Lakin son terror aktı insan sıxlığının ən çox olduğu zamanda həyata keçirildi. Əlində silah olan terrorçu ilə qələmini terrora dəstək üçün istifadə edənlər arasında fərq yoxdur. Ya bizim, ya da terrorçuların yanında olacaqlar. Belə bir acı hadisədən öz maraqları üçün istifadə edənləri də millətimiz unutmayacaq və bağışlamayacaq”.