
Avropa İttifaqı təhlükəsizliklə bağlı ciddi imtahan qarşısındadır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, ittifaqa üzv ölkələr xüsusilə Ukrayna ilə bağlı hadisələri narahatlıqla izləyir: “İndi Türkiyənin ilk gündən ortaya qoyduğu balanslaşdırılmış mövqeyinə daha çox önəm verilir. Rusiya və ya Ukrayna olmadan daimi sülhə nail olmaq mümkün deyil”.