Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatların tezliklə başa çatacağını vəd edib.

O, terrorçuların artıq oradan qaçdığını deyib.

“Biz bu əməliyyatı çox tez bitirəcəyik. Terrorçular oradan [Afrindən] qaçır, biz isə onları birgə qovacağıq”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, yaraqlıları Türkiyə qırıcıları bombalayır, bazar günü isə Türkiyə sərhədlərinin mühafizəsi üçün vacib olan quru əməliyyatları başlayıb.

İstinadlar Report