Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri Ceffri Leyn Fleyki qəbul edib.

Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, amerikalı səfir etimadnaməsini Türkiyə Prezidentinə təqdim edib.

R.T.Ərdoğan İtaliyanın Türkiyəyə yeni təyin olunmuş səfiri Corco Marrapodi ilə də görüşüb. O da amerikalı həmkarı kimi etimadnaməsini Türkiyənin dövlət başçısına təqdim edib.

Qeyd edək ki, Ceffri Leyn Fleyk Respublikaçılar Partiyasının üzvüdür. O, müxtəlif illərdə ABŞ Konqresinin aşağı və yuxarı palatalarında Arizona ştatını təmsil edib.

İstinadlar Report