Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Vitse-prezidenti Mayk Penslə görüşü qəbul edib.

Hazırda görüş Ankarada Prezidentin iqamətgahında keçirilir.

Görüş Bakı vaxtilə saat 16:40-da başlayıb və mətbuata qapalı keçirilir.

Xatırladaq ki, Ərdoğan ötən gün AKP-nin toplantısından sonra “Sky News”un müxbirinin ona ünvanladığı “ABŞ nümayəndə heyəti gəlir. Buna görə narahatsınız?” sualına cavabında bildirmişdi ki, Penslə görüşməyəcək: “Axı niyə narahat olum? Mən dimdik ayaqdayam. Onlarla görüşməyəcəyəm. Onlar öz həmkarları ilə görüşəcəklər. Mən Tramp gələndə onunla görüşüb danışacam”, – deyə Ərdoğan vurğulayıb.

 

İstinadlar Qafqazinfo