2023-cü ilin sonuna kimi Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelma”nın istehsalına başlanılacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada AKP-nin toplantısında deyib.

Qeyd edək ki, milli və orijinal olaraq “Baykar” tərəfindən hazırlanan Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın ilk mühərrik inteqrasiya sınağı bu ilin sentyabrda tamamlanıb.

İstinadlar Report