
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Vaşinqtonda olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi arasında dünən axşam telefon danışığı olub.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı A.Əraqçi İranın problemi diplomatik yollarla həll etmək niyyətini vurğulayıb. Daha sonra o, R.Qrossini ABŞ ilə davam edən birbaşa olmayan danışıqlar barədə məlumatlandırıb.