
İranın xarici işlər naziri Abbas Ərakçi ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin xüsusi məktubunu Rusiya Prezdenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya səfər edib.
Bu barədə o, Moskvaya səfərinin məqsədi barədə danışarkən deyib.
Bildirilib ki, A.Ərakçinin Rusiyaya səfəri zamanı ABŞ-İran arasında Omandakı aprelin 12-də birinci və aprelin 19-da keçiriləcək ikinci görüşlə bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir.
Ölkənin xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ-İran görüşünə həsr olunan mətbuat konfransında danışıqların predmeti haqda bunları deyib: “Gündəlikdə sanksiyaların ləğvi və nüvə problemi var. Biz başqa məsələləri müzakirə etməyəcəyik”.
O, ikinci raund danışıqların İtaliyanın paytaxtı Romada keçiriləcəyini qeyd edərək bildirib ki, görüşün keçirilmə yerindən asılı olmayaraq, vasitəçi kimi çıxış edən ölkə Omandır: