İrana qarşı ədalətsiz sanksiyalar yeni texnologiyalara, sənayenin modernləşdirilməsinə, maliyyə resurslarına və xarici investisiyalara çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Bunu Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən İranın vitse-prezidenti Şina Ənsari deyib.