Avropa Ukrayna üzərindən tranzitlə nəql edilən Rusiya qazı olmadan keçinə bilər.

Bu fikri İtaliyanın ENI şirkətinin rəhbəri Klaudio Deskaltsi bildirib.

“Düşünürəm ki, Avropa 90 %-i keçən qaz ehtiyatları, ABŞ, Qətər və Şimali Afrikadan tədarüklər sayəsində yaxşı vəziyyətdədir”, – o bildirib.

K.Deskaltsi həmçinin qeyd edib ki, Avropaya Rusiyadan böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edilir.

Bununla belə, o, Azərbaycan qazının Ukrayna ərazisindən Avropaya tədarükü imkanını şərh etməyib.

Qeyd edək ki, bu ilin sonunda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti başa çatır.

İstinadlar Report