Bu ilin birinci rübündə Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 2 085 vətəndaş müraciəti daxil olub.

Müraciətlərdən 377-si məlumat (müraciətin geri götürülməsi və təşəkkür) 1 708-i isə icra xarakterli olub. Bunlardan 1 440-ı müvafiq qaydada icra edilib, 268 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğacların quraşdırılması, bərpa olunan enerji, qəbula yazılmaq, məşğulluq məsələləri, icazələr və digər mövzuları əhatə edib.

İstinadlar Report