Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzərində işləyir.

Bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iş iki istiqamətdə aparılır: “Birinci istiqamət COP29 sədrliyi fəaliyyətinin gündəliyindəki enerji təşəbbüsləri ilə bağlıdır, ikincisi isə bilavasitə COP29 çərçivəsində və COP-dan əvvəl təşkil olunacaq enerji tədbirləri ilə əlaqədardır”.

İstinadlar Report