Energetika naziri Pərviz Şahbazovun mayın 24-də Ağcabədidə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qəbul 30 may tarixində saat 11:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, H.Əliyev pr. 213A) keçiriləcək. Nazir Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bərdə, Zərdab və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.