“Huawei Mate 40 Pro+” smartfonu 2020-ci ilin ən yaxşı kamerofonu adına layiq görülüb.

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.Bu barədə kameranın imkanlarını 139 balla qiymətləndirmiş nüfuzlu “DxOMark” laboratoriyasının mütəxəssisləri elan ediblər. Mütəxəssislər çəkiliş şəraitindən asılı olmayaraq geniş dinamik diapazonun mövcudluğunu qeyd ediblər, sensorun əks etdirdiyi rəngləri və ağ balansını tərifləyiblər. Bundan başqa, kameranın üstünlükləri arasında əla detallaşdırma, kəskin avtofokus və çox genişbucaqlı kamera ilə çəkiliş vaxtı küyün aşağı səviyyəsi vurğulanıb.

Mütəxəssislər kəskinliyin dərinliyinin az olmasını və ön planda fokuslama zamanı vaxtaşırı yaranan nasazlıqları əsas çatışmazlıqlar adlandırıblar. Əsas kameranın təsvir ölçüsü 50 meqapiksel təşkil edir.

İstinadlar ict news