İnternetdə “Nokia” şirkətinin buraxacağı ən ucuz smartfonun texniki xüsusiyyətləri dərc edilib. Bu barədə “Nokiapoweruser” nəşrinin məlumatında deyilir.

Yeni smartfona həsr edilən sənədlər ABŞ Federal Rabitə Komissiyasının (FCC) saytında yerləşdirilib. Sənədlərdə qurğunun adı “WT-130” kimi göstərilib. Nəşrin jurnalistləri əmindir ki, onun adı altında ucuz “Nokia 1.2” smartfonu gizlənir. Nəşr öz versiyasının sübutu kimi qurğunun digər ucuz “Nokia 2.2” smartfonunun ölçülərinə uyğun qabaritlərini göstərir.

Sənəddə qeyd olunub ki, smartfon 2920 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Jurnalistlərin fikrincə, “Nokia 1.3” smartfonu 5,7 və ya 5,8 düym diaqonallı ekranla təchiz olunacaq. Onların sözlərinə görə, seriyada ən ucuz olacaq qurğunun digər xüsusiyyətləri “Nokia 2.2” smartfonunun spesifikasiyalarına bənzəyəcək.

2019-cu ilin iyununda təqdim edilən “Nokia 2.2” smartfonu 5,7 düym diaqonallı “IPS” displey, “Mediatek Helio A22” prosessoru, 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş, 13 meqapikselli kamera və 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. “Android One” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun qiyməti 100 dollar təşkil edib.

İstinadlar ict news