Pakistanın “Jazz” telekommunikasiya şirkəti “Jazz Digit 4G” adlı dünyanın ən ucuz düyməli smartfonunu buraxıb.

Qiyməti 11 dollar təşkil edən qurğunu əldə etmək üçün operatorla aylıq 2 dollar olmaqla illik müqavilə imzalamaq tələb olunur. Bu, Pakistanda rabitə ödənişi üçün adi məbləğ hesab edildiyindən təklif çox sərfəli görünür. Müqaviləsiz istifadə üçün smartfonun qiyməti 27 dollara bərabərdir.

Məlumata görə, “KaiOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Jazz Digit 4G” smartfonu “WhatsApp” və “Facebook” kimi mobil əlavələrin quraşdırılmasını dəstəkləyir.

Həmçinin dördüncü nəsil mobil rabitə şəbəkələrində (LTE) işləyən telefon “Wi-Fi” şəbəkəsini və “GPS” sistemini dəstəkləyir.

Bundan əlavə, “Jazz Digit 4G” hər biri 0,3 meqapikselli olmaqla iki kamera, 4 giqabaytlıq quraşdırılmış yaddaş, 2,4 düym diaqonallı ekran və 1 400 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Nizam Nuriyev

İstinadlar ict news