
“Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu ilin 6 ayı ərzində olunan 6 mindən çox yazılı müraciətin böyük əksəriyyəti hazırda ləğv olunan Beynəlxalq Universitetlə bağlıdır”.
“Qafqazinfo” xəvər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov bildirib.
S.Həmidov qeyd edib ki, digər universitet və kolleclərlə bağlı da quruma müxtəliftipli müraciətlər daxil olur:
“Müraciət edən tələbələrin əksər hissəsi təhsilhaqqlarının ödənilməsi ilə bağlı yaranan çətinliklər üçün kömək istəyirlər. Bu tələbələrin bəziləri Təhsil Tələbə Krediti Fondu haqqında məlumatlı deyillər. Araşdırma zamanı məkum olur ki, bəziləri güzəştli kateqoriyaya daxil olmaqları ilə bağlı məlumatlı deyillər. Həmçinin tələbələrin köçürülməsi, bərpa və sair məsələlərlə bağlı da bizə çox sayda müraciətlər var”.
Gülnar Əliyeva