Fransanın Monpelye şəhərində naməlum şəxs atəş açaraq hadisə yerindən qaçaraq gizlənib.

Hadisə aprelin 19-da günü birinci yarısında şəhərin mərkəzində yerləşən Beaux-Arts rayonunda baş verib.

Naməlum şəxs bir nəfərə kürəyindən atəş açıb. Ağır yaralanan 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsin axtarışlarına başlayıb.

İstinadlar Report