Böyük Britaniya bərpa olunan enerji mənbələrinin inkişafında Azərbaycana dəstək verməyə hazırdır.

Bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson jurnalistlərlə görüşündə deyib.

“Öz təcrübəmizi və biliyimizi Azərbaycanla bölüşə bilərik. Bizim çox güclü əməkdaşlığımız var”, – o deyib.

Emma Nikolsonun sözlərinə görə, Böyük Britaniya kimi Azərbaycan da ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerjiyə doğru irəliləyir ki, bu da dünya əhalisinin artımı və tələblərin artması baxımından vacibdir: “Biz Azərbaycan hökuməti ilə yaşıl enerji sahəsində böyük səylə işləyirik. Ümumiyyətlə, iki ölkə arasında münasibətlər qaya kimi möhkəmdir”.

O, həmçinin əlavə edib ki, səfərinin məqsədi Bakı Enerji Həftəsində iştirak etməkdir və bu tədbirin iştirakçısı olmaqdan olduqca şaddır.

İstinadlar Report