İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16, 20 və 27 avqust tarixlərində keçirəcəyi hərraclara 40 əmlak çıxarılıb, o cümlədən iştirakçılara torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb.

Məlumata görə, 1-ci hərraca “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının balansında olan fərdi yaşayış evi və 15 torpaq sahəsi, 2-ci hərraca buraxılış tarixləri 1990-2008-ci illəri əhatə edən 20 nəqliyyat vasitəsi, 3-cü hərraca isə buraxılış tarixləri 2006-2013-cü illəri əhatə edən 4 avtomobil çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İstinadlar Report