Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 46,3 milyon manat vəsait köçürüb.

Məlumata görə, 7 aylıq ödənişin 32,4 milyon manatı özəlləşdirmə, 13,9 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 40 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 327 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 223 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 62 onlayn qoşulma reallaşıb.

İstinadlar Report