“Bu gün həmkarım Erkin Qədirli ilə AŞPA-nın Hüquq Komitəsinin Parisdə keçirilən iclasında iştirak edirik. İclasda Emin Hüseynovun təşkilatçılığı ilə Azərbaycan ordusunun nüfuzdan salınması ilə bağlı hazırlanmış və bir sıra Avropa deputatları tərəfindən imzalanan qətnamə təşəbbüsü keçmədi”.

Bu fikirləri deputat Kamal Cəfərov səhifəsində yazıb. Millət vəkili bildirib ki, komitə üzvlərindən heç kim bu mövzuda məruzəçi olmaq istəməyib: “Komitə bu məsələyə baxmayacaq, baxsa, yalnız Büro baxa bilər. Eyni zamanda qətnamə təşəbbüsünə imza atan deputatlarla bağlı AŞPA-nın İntizam Komissiyasına müraciət ünvanladım”.

Qeyd edək ki, azərbaycanlı fəal Emin Hüseynov hazırda İsveçrədə yaşayır.