Emin Əmrullayevin Bilik Günü münasibətilə təbrik – Videosu
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə müəlim, şagird və təhsil işçilərini təbrik edib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Belə ki, nazir öz təbrikində bildirib ki, bu gün ilk dəfə olaraq Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdikdən sonra Bilik Günü qeyd edilir: “İnanıram ki, bu tədris ili hər birimiz üçün uğurlu olacaq. Bütün müəllim və şagirdlərimizə uğur arzulayıram”.
Həmin təbrik videosunu təqdim edirik:
Subasmaya məruz qalmış vətəndaşlar təxliyə edildi – Video
İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Bu haqda “Qafqazinfo”ya FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumatlarla əlaqədar FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.
Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
Universitetin bufetindəki dönərdən zəhərlənən tələbələr danışdı – Video
Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib.
Zəhərlənən tələbələr “Xəzər TV”yə açıqlamalarında hadisənin təfərrüatını danışıblar.
“Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”, – tələbələrdən biri bildirib.
Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib: “Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.
Daha ətraflı “Xəzərxəbər”in sujetində:
Maşını telefonla barter etdilər – Video
Türkiyədə iki gənc avtomobili telefonla dəyişib.
Balıkesir rayonunda maraqlı barter olub.
Belə ki, Ümid Macan yeni aldığı “iPhone 16 Pro Max” markalı telefonunu dostu Mücahid Dəmirə verib.
O da qarşılığında özünün 1998-ci istehsalı olan “Reanult Toros” markalı avtomobilini dostuna verib.
Qeyd olunur ki, telefonun qiyməti 120 min TL (təxminən 5950 manat), maşının qiyməti isə 150 min TL-dir (təxminən 7440 manat).
Qeyri-adi barter sosial şəbəkələrin Türkiyə seqmentində maraqla qarışlanıb.
Onlar şəhid yadigarını yaşatdılar – Video
YAŞAT Fondu şəhid Seymur Ələsgərovun oğlu Eldar haqqında videoçarx hazırlayıb.
Eldar Ələsgərov ağır əməliyyat keçirib.
Balaca Eldarın Türkiyədə keçirilən əməliyyat və müalicə xərclərini YAŞAT Fondu qarşılayıb.
Onunla bağlı videoçarxı təqdim edirik:
“Nilay bir də ata-ana sözünü deyə bilməyəcək…” – Video
“Nilay hələ başa düşmür ki, ana və atası niyə ölüb”.
Bunu Gəncə terrorunda hər iki valideynini itirən Nilayın nənəsi Sevil Babazadə ATV-yə açıqlamasında deyib.
“O fəsadları heç vaxt unutmarıq. Hamısı yaddaşımdadır. O hələ balacadır. Nilay bir də ata-ana sözünü deyə bilməyəcək”, – deyə S. Babazadə əlavə edib.
Xatırladaq ki, Gəncə şəhəri Vətən müharibəsi zamanı – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Sükansız və əyləcsiz taksini özü təqdim etdi – Video
Amerikanın elektromobil istehsalçısı “Tesla” yeni sürücüsüz “Cybercab” taksilərini təqdim edib.
“Biz, Robot” (“We, Robot”) adlı təqdimat mərasimi Kaliforniya ştatında “Warner Bros.” studiyasında baş tutub.
Robotlaşdırılmış yeni taksiləri təqdim edən şirkət rəhbəri İlon Mask tədbir məkanına sözügedən avtomobillərdən biri ilə gəlib. Onun sözlərinə görə, yeni taksilərin nə əyləci, nə sükanı var.
Bildirilib ki, gələcəkdə bu avtomobillə səfər adi avtomobillə olduğundan on dəfə daha sadə olacaq.
Milyarder, həmçinin qeyd edib ki, artıq 50 ədəd “Cybercab” mövcuddur. Yeni avtomobilin dəyəri 30 min dollardan başlayır. Bununla belə, istifadəçilər bir mil (1,609344 km) üçün 30-40 sent ödəyərək bu taxi ilə səfər edə bilərlər.
Qanunsuz tikililər söküldü – Video
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xoşbulaq kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
Müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.
Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – Video
Türkiyədəki meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Azərbaycana qayıdıb.
Avqustun 18-də meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla – Ula, Bolu – Gerede, Uşak – Eşme, Akhisar – Taşkuyucak, Balıkesir – Edremit, Manisa – Alaşehir, İzmir – Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa – Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib.
Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb.
Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Vilayət Eyvazov Gəncədə qəbul keçirdi – Video-Fotolar
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 9-10 oktyabrda Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə nazirlik məlumat yayıb.
Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarından qəbula gələn 323 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Sonda Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib, xidmətə qəbulun şərtlərinə uyğun gələn 248 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda təlim keçirilib – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Heydər Əliyev Beynəlxalq Aeroportunda birgə təlim keçirib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, təlim hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanı ilə müvafiq dövlət qurumları arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub. Təlimə “AZAL” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi avadanlıqlarla təchiz edilmiş yanğınsöndürmə və xilasetmə qrupları, tibbi personalı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Ssenariyə əsasən, Bakı hava limanının sərnişin terminalları və parklanma ərazisində yanğın hadisəsi barədə şərti məlumat daxil olub.
Bununla əlaqədar, dərhal əməliyyat simulyasiyası həyata keçirilib, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb.
Bundan əlavə, təlimdə aviasiya qəzası zamanı fövqəladə vəziyyətin aradan qaldırılması, yanğının söndürülməsi və hava gəmisindən sərnişinlərin təhlükəsiz şəkildə təxliyə olunması üzrə xüsusi əməliyyatlar da icra edilib.
Simulyasiyalarda bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib və qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunub.
Uzman Qastroenteroloq Dr. Kənan Nuriyev Ege Hospitalda – Video
Qastroenterologiya uzmanı Dr. Kənan Nuriyev Ege Hospitalda fəaliyyətə başlayıb.
O, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2024-cü ildə Almaniyanın Klinik für İnnere Medizin St. Josef Krankenhaus Gelsenkirchen klinikasında tibbi praktika keçib.
Daha sonra İstanbul Universiteti Tip Fakültəsində Daxili Xəstəliklər Uzmanlığı (2016-2020) və Gastroenterologiya uzmanlığı (2021-2024 ) alıb. Türkiyədə Memorial Bahçelievler xəstəxanasında Daxili Xəstəliklər Uzmanı olaraq (2021) çalışıb.
Hazırda Ege Hospitalda Qastroenterologiya uzmanı olaraq fəaliyyət göstərir.
Əlavə məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlayın.
Tel; 1117 ; 0125991117, 0502991117
Ünvan; Akademik Həsən Əliyev küç.38
FHN “ASAN xidmət”də təlim keçirdi – Video
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Qəbələ regional “ASAN xidmət” mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib.
Bu barədə FHN məlumat yayıb.
Təlimdə FHN-in Şimal-qərb Regional Mərkəzi, Şimal-qərb Dövlət Yanğın Nəzarəti İdarəsi, Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin və Qəbələ regional “ASAN xidmət” mərkəzinin əməkdaşları iştirak edib.
Təlimin keçirilməsində məqsəd “ASAN xidmət” mərkəzinin kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, habelə yanğın-xilasetmə bölmələrinin hadisələrə çevik reaksiyavermə imkanlarının daha da gücləndirilməsi olub.
Təlim zamanı şərti yanğın baş vermiş mərkəzdə köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Elçin Quliyevlə Nəcməddin Sadıkov bir arada – Foto – VİDEO
Müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.
N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.
O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.
Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında o, tutduğu vəzifədən azad edilib.
“TOST” vasitəsilə 5 milyon ələ keçiriblər – Kiberpolisdən əməliyyat – VİDEO
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib.
Sosial şəbəkələrdə onlayn dələduzluq piramidası olan “TOST”a qarşı keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində piramidaya başçılıq edən şəxslərdən biri 1981-ci il təvəllüdlü Namiq Cabbarzadə saxlanılıb. Digər şəxs 1989-cu il təvəllüdlü Sahib Hüseynovun isə ölkə hüdudlarından kənarda olduğu müəyyən edildiyindən barəsində axtarış elan olunub.
Müəyyən edilib ki, N.Cabbarzadə və S.Hüseynov “TOST”a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər veriblər. Piramidaya daxil olan şəxslərdə inam yaratmaq və digərlərini də bu platformaya qoşmaq məqsədilə ilk dövrlərdə zərərçəkənlərə kiçik simvolik məbləğlərdə pullar əldə etmək üçün şərait yaradılıb, faizlərin vaxtında ödənildiyi, eləcə də özlərinin “TOST”dan qazandıqları gəlirlər hesabına lüks həyat tərzi keçirdikləri barədə reklam xarakterli paylaşımlar edilib.
Yatırım edən şəxslərin qarşısında qoyulan digər tələb isə onlara göndərilən dələduzluq piramidasının linklərini “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə qruplarda yaymaqdan ibarət olub.
Müxtəlif üsullarla “TOST”a cəlb edilən şəxslərin ödənişləri hesabına N.Cabbarzadə və S.Hüseynov zərəçəkənlərin 5 milyon manata yaxın pul vəsaitlərini ələ keçiriblər. Həmin vəsaitlər isə dəstə başçıları tərəfindən kriptovalyuta formasına çevrildikdən sonra elektron pul kisələrinə köçürülüb.
N.Cabbarzadənin ünvanına baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. N.Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dələduzluq piramidasında iştirak edən digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Sonda qeyd edək ki, “TOST” dələduzluq piramidası vasitəsilə zərərçəkən vətəndaşlar polis orqanlarına müraciət edə bilərlər.
Kərim Vəliyev NATO nümayəndə heyəti ilə görüşdü – Video-Fotolar
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.
“Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, – deyə general-polkovnik K.Vəliyev bildirib. Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb.
General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrimizin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib.
Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
General-leytenant Y.Adamçak ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar.
Ölkəmizdə olduğu müddətdə NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.
Prezidentdən Hadrutla bağlı paylaşım – Video
Prezident İlham Əliyev Hadrutun işğaldan azad olunmasının 4 illiyi ilə bağlı paylaşım edib.
“Qafqazinfo” paylaşımı təqdim edir:
“Zəfər tariximiz – Hadrutun Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.
Həmçinin baxın
“TOST” vasitəsilə 5 milyon ələ keçiriblər – Kiberpolisdən əməliyyat – VİDEO
Macarıstan hərbiçiləri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində olublar – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla