“Yaşıl texnologiya”lara keçid genişmiqyaslı inkişafla bağlıdır və əhəmiyyətli maliyyə qoyuluşu tələb edir.

Bunu “Rotas Consulting”in idarəedici partnyoru Emil Məcidov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin 3-cü günündə bildirib.

O vurğulayıb ki, “yaşıl gündəm” təbii və zəruri bir prosesdir və stimullaşdırılmalıdır: “Biz “yaşıl texnologiyaları” fəal şəkildə tətbiq etməli və tədricən səmərəsiz, ənənəvi həllərdən uzaqlaşmalıyıq. Lakin bunun üçün böyük investisiyalar, uzunmüddətli və ortamüddətli tədqiqatlar, həmçinin əhəmiyyətli insan resursları lazımdır. Belə şəraitdə iri korporasiyalar kiçik və orta biznes (KOB) qarşısında üstünlük əldə edə bilər ki, bu da onların sıxışdırılmasına gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün dövlət tərəfindən dəstək, o cümlədən KOB-ların “yaşıl keçid”ə uyğunlaşması üçün maliyyə yardımı lazımdır”, – deyə E.Məcidov bildirib.

İstinadlar Report