Bakıda dünən axşam kriminal aləmin üzvü kimi tanınan “Emil 444” ləqəbli şəxsi bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Mayın 9-u axşam saat 23 radələrində Binəqədi rayonu, İsfrafil Həşimov  küçəsində baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1995-cü il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu aralarında yaranmış mübahisə zamanı Masallı rayon sakini, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu bıçaqlayaraq öldürüb. Dava E.Səfərovun yaşadığı evin qarşısında baş verib.

Faktla bağlı hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən H.Tağıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

İstinadlar Qafqazinfo