Bir neçə gün bundan əvvəl Saratovdakı 34-cü Sobinovski Musiqi Festivalında Vokal Müsabiqəsi sona çatıb.

Münsif səslərinə əsasən, Mariinski Teatrının solisti, Azərbaycanın Əməkdar Artisti Regina Rüstəmova (mezzo-soprano) 12 gənc opera müğənnisi arasında ən yaxşısı olub. O, eyni zamanda 100 min rublun sahibi olub.

İkinci yerə Moskva Dövlət Konservatoriyası nəzdindəki Opera Teatrının solisti Sergey Sevastyanova, üçüncü yerə isə Ermənistandan olan soprano Kristina Kazaryan layiq görülüb.

İstinadlar Qafqazinfo