Ötən həftə bağırsaq xərçəngi xəstəliyi səbəbindən Milli Onkologiya Mərkəzinə yerləşdirilən və əməliyyat olunan Əməkdar artist Novruz Qartal evə buraxılıb.

Bu barədə aktyorun çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın Mətbuat xidməti məlumat yayıb.

“Ötən gün xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir”, – məlumatda deyilir.

Daha əvvəl N.Qartalın həyat yoldaşı Zərqələm Əliyeva maddi sıxıntı çəkdiklərini, kirayədə yaşadıqlarını dilə gətirmişdi.

İstinadlar Qafqazinfo