Cari ilin nəticəsinə görə, EMEA regionunda kompüterlər bazarının həcmi təxminən 13% artacaq. “COVID-19” pandemiyasına görə daha çox insan evdən işləməyə və təhsil almağa məcbur olub.

“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna görə, 2020-ci ildə Avropa, Yaxın Şərq və Afrika ölkələrinə 82,1 milyon masaüstü, noutbuk və işçi stansiya tədarük ediləcək ki, bu da ötən illə müqayisədə 12,7% daha çoxdur. Belə avadanlıqlara tələbat 2021-ci ilin birinci yarısında yüksək olaraq qalacaq.

“Şirkətləri qeyri-müəyyən müddətə distant iş rejiminə keçməyə vadar edən pandemiyanın ikinci dalğası stasionar qurğuların satışına təzyiq göstərməyə davam edəcək – “IDC Western Europe Personal Computing”in böyük analitiki Liam Hall deyib. Evdən işləmək üçün lazım olan mobil avadanlığa tələbat bir çox əsas bazarlarda təhsil sektorunda davam edən tenderlərlə daha güclü dəstəklənəcək”.

Emil Hüseynov

İstinadlar ict news