Dünya şöhrətli britaniyalı pop-ifaçı, pianoçu və bəstəkar Elton Con 2017-ci ilin “Wonderful Crazy Night” adlı konsert turu çərçivəsində ilk dəfə Gürcüstanda çıxış edəcək

Məşhur musiqiçinin çıxışı Şekvetilidə (Batumi yaxınlığında yerləşən Quriya regionunda) “Black Sea Arena”nın səhnəsində baş tutacaq.
O, konsert proqramında köhnə hitləri və “Wonderful Crazy Night” albomundan kompozisiyaları ifa edəcək.
Britaniyalı ulduza qədər bu konsert salonunda Kristina Aqilera, Vanessa Mey, eləcə də “Aerosmith” və “Scorpions” rok-qrupları çıxış edib.