Azərbaycanda hidrogen istehsalı üzrə strategiya hazırlanır.
Bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Avropa İnkişaf və Yenidənqurma Bankı (EBRD) tərəfindən təqdim edilən sənədə əsasən, Azərbaycanda istehsal ediləcək “yaşıl hidrogen” Avropada rəqabətqabiliyyətli olacaq.