Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabil olaraq qalır.

Bu “Yeni Klinika”dan məlumat verilib. 

“Dörd gündür ECMO dəstəyi davam edir. Vəziyyəti ağır olaraq qalır. Təəssüf ki, ciddi irəliləyiş yoxdur. İntensiv müalicə davam edir”, – deyə klinikadan bildirilib.

İstinadlar Qafqazinfo