Ötən gün koronavirusdan dünyasını dəyişən tanınmış jurnalist Elnur Əşrəfoğlu dəfn olunub.

Mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində E.Əşrəfoğlunun ailə üzvləri, yaxınları, Cüdo Federasiyasının rəsmiləri jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu, “Yeni Klinika”da müdafiə alırdı. 

E.Əşrəfoğlunun axırıncı iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.

İstinadlar Qafqazinfo