Təqaüd yaşı keçmiş məmurların istefası məsələsinin aktuallaşmasından sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də yerinə, nəhayət, yeni şəxsin seçiləcəyi məsələsi də diqqət mərkəzinə gəlib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 82 yaşı olmasına baxmayaraq, hələ də bu vəzifədə qalması onun adının medianın gündəmindən düşməsinə imkan vermir.  

Məlumata görə, Elmira Süleymanovanın ombudsman vəzifəsindən istefa ərizəsi yazdığı, ərizəsində prezident İlham Əliyevdən onun istefasını qəbul etməsini xahiş elədiyi haqda məlumat daxil olub. Elmira xanımın istefası qəbul ediləcəksə, çox güman ki, yaxın günlərdə məsələ ictimaiyyətə açıqlanacaq.

İstinadlar Musavat