“Azərbaycan əhalisinin 78%-i internet istifadəçisidir ki, onun da 72%-i genişzolaqlı internet istifadəçiləridir”.

Bunu IV Beynəlxalq “Caspian Energy Forum-2017”-də çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, Azərbaycanda xüsusi işçi qrupu yaradılacaq: “Kiçik və orta sahibkarlar İKT imkanlarından istifadə edərək öz işlərini daha da genişləndirməlidirlər”.

Nazir müavini deyib ki, Azərbaycan əhalisinin 100%-i mobil telefondan istifadə edən ölkələr sırasındadır.

İstinadlar Report