Bir neçə gündür ki, ölkədə növbəti dollar ajiotajı hökm sürür. Maraqlıdır ki, bankların çoxu dollar satmır. Xarici valyutanı satan banklar isə bunu müəyyən limitlə həyata keçirir.

Azərbaycan 24 xəbər verir ki, Mərkəzi Bank isə həmişəki kimi susqunluğunu qoruyur. AMB sədri Elman Rüstəmov, nəhayət, bu gün görüntülənib.

O, “Baku-2016” 42-ci Şahmat Olimpiadasının açılışından öncә keçirilən mәtbuat konfransında iştirak edib. Eyni zamanda, şahmat federasiyasının prezidenti olan baş bankir şahmat olimpiadası ilə bağlı fikirlərini də bölüşüb.

Maraqlıdır ki, Elman Rüstəmov rəhbəri olduğu digər qurumla bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, manatın məzənnəsi ilə bağlı sualları dinləyəndən sonra sakitcə zalı tərk edib…