Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) məhkum üzvü Əlizamin Salayev aclığı dayandırıb.
Bu Penitensiar Xidmətdən bildirilib.
Xidmətdən bildirilib ki, məhkum 5 gün əvvəl başladığı aclıq aksiyasını dayandırdığını bəyan edib.
Qeyd edək ki, Ə.Salayev ötən ilin mayında xuliqanlıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.