İlham Əliyevlə Nikol Paşinyan arasında, Azərbaycanla Ermənistan arasında necə də kəskin təzad var.

Bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı ekspert İqor Korotçenko qeyd edib.

“İ.Əliyev: İkinci Qarabağ müharibəsində qələbə (44 gündə!); postsovet məkanında ən yaxşı ordulardan biri; görkəmli siyasətçi və dövlət xadimi; güclü, vahid Azərbaycan cəmiyyəti; hakimiyyətin effektiv siyasi modeli; ildən ilə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən gələcəyə baxış…

N.Paşinyan: kapitulyant, 10 min fərarisi olan ordu; “rəngli inqilab” vasitəsilə hakimiyyətə gətirilən ortabab şəxsiyyət; atomlaşmış və ziddiyyətlərlə parçalanmış erməni cəmiyyəti; qeyri-effektiv və deqradasiyaya uğramış hakimiyyət modeli; Ermənistanın Qərbin vassalına və Cənubi Qafqazın marjinalına çevrilməsi. Ermənistanın gələcəyi yoxdur, əhali kütləvi şəkildə daha firavan ölkələrə miqrasiya edir”, – o bildirib.