Əliyevdən yeni seçilmiş Prezidentə təbrik

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş Prezidenti Alberto Fernandesə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Fernandes,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Əliyevdən yeni seçilmiş prezidentə təbrik

Prezident İlham Əliyev Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və coxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.