Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüş keçiriləcək.

Bu barədə məlumatı Kreml yayıb.

Görüşün aprelin 22-də baş tutacağı bildirilir.

Dövlət başçıları Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının (BAM) veteran işçiləri ilə görüşəcəklər.