Azərbaycanda əlilliyin müəyyən olunmasıyla bağlı mövcud qanunvericiliyə dəyişikliklər ediləcək. 

Bu barədə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov bildirib ki, mövcud qanunda əlilliyin dərəcəsi sözləri insan orqanizminin funksionallığını itirmə faiziylə əvəzlənir.

Onun sözlərinə görə, növbəti qanunvericilikdə birinci, ikinci və üçüncü qrup sağlamlıq imkanları məhdud olma məsələsi faiz dərəcələrinə əsasən funksionallığın itirilməsinə yönəldiləcək: “Burada göstəricilər üçüncü qrup üzrə 31 faizdən 61 faizə qədər, ikinci qrup üzrə 61 faizdən 80 faizə qədər, birinci qrup üzrə isə 81 faizdən 100 faizə qədərdir. Bu istiqamətdə islahatlar davam etdirilir.

İndiyə kimi birinci, ikinc , üçüncü qrup xəstəliklər üzrə təyinatlar aparılıb. Sağlamlıq imkanları məhdud olan uşaqların sadəcə xəstəliyinə, gedişatına, yanaşı xəstəliklərlə bağlı ağırlaşmalar nəzərdə tutulub. Bunlar sadəcə olaraq qrup təyinatıyla həyata keçirilirdi”.

İstinadlar Qafqazinfo